Əlaqə Arxiv
news Image
2012.11.18
17:32
| A A A
Zirzəmidə "yatan" sərvət
Movqe.az xəbər verir ki, İngiltərədə zirzəmidə təmizlik edilərkən təsadüfən tapılan Çin vazası 3 milyon sterlinqə  satılıb. 300 illik, 40 santimetr uzunluğundakı şüşə şəklindəki mavi ağ vaza, Şimali Yorkşiredəki Tennantsda edilən hərracda öz qiymətindən 123 qat daha baha satılıb. Adını açıqlamaq istəməyən köhnə sahibi, antik vazanın gerçək dəyərindən xəbərdar olmadığını, gündəlik ev təmizliyi əsnasında tapıldığını izah edərək "45 ildir evdədir. Evdəki pişiklərə, itlərə, otaqda futbol oynayan uşaqlara baxmayaraq heç zərər görməməsi möcüzədir, evdə zərər görməyən yeganə eşyadır"deyib. Vazaya 3 milyon sterlinq verən yeni sahibin adı açıqlanmayıb, yalnız telefonla hərraca qatıldığı deyilib.
Sizin Reklam Yeriniz