Əlaqə Arxiv
news Image
2012.11.19
15:00
| A A A
Enerji problemini bakteriyalar həll edəcək
Movqe.Az bildirir ki, Danimarkada aparılan bir araşdırma, bakteriyaların elektrik kabeli sistemi təqlid edilərək keyfiyyətli və yenilənə bilən enerji əmələ gətirə bilməsini məlum edib. AA xəbər agentliyinin bildirdiyinə görə, ''desulfobulbus'' adlı bakteriyanın hüceyrələrində yalnız millimetrinin bir neçə mində biri qədər uzunluqda, son dərəcə kiçik canlılar var. Bir saç telindən çox daha incə olan bu bakteriyanın  içərisində sanki çox sayda kabel vardır. Bu texnologiya, hal-hazırda mövcud olan elektrik kabelləri ilə tamamilə eynidir.

Araşdırma Danimarkanın "Aarhus" Universitetində aparılıb. Araşdırmada iştirak edən elm adamları, bu qədər kiçik bir bədənin içərisində bu cür böyük bir texnologiya tapdıqlarına son dərəcə təəccübləniblər.


Sizin Reklam Yeriniz