Əlaqə Arxiv
news Image
2016.02.01
23:55
| A A A
Kəsmikli blanmanje - FOTO

Movqe.az kəsmikli blanmanjenin hazırlanma qaydasını təqdim edir


Tərkibi:


0,5 st. süd

1 paket (15 q) jelatin

1 paket (10 q) vanilli şəkər tozu

250 q kəsmik

0,5 st. xama

0,5 st.  şəkər pudrası

2 ananas  dilimi (başqa meyvə də olar)


Jelatini südlə qarışdırın, 20 dəqiqə saxlayın. 

Kəsmiyi şəkər pudrası, xama və vanilli şəkərlə həcmi artıb eynicinsli kütləyə çevrilənədək çalın. 

Ananas dilimlərini doğrayın. 

Jelatini qızdırın (amma qaynatmayın).  

Kəsmikli qarışığı qarışdıraraq jelatini ehtiyatla əlavə edin. Meyvəni əlavə edib yenə qarışdırın. 

Kütləni bir iri, yaxud bir neçə xırda formaya töküb soyuducuda 4-5 saat saxlayın. 

Desert formadan rahat çıxsın deyə formanı bir neçə saniyə qaynar suda saxlamaq lazımdır.( Milli.Az)

Sizin Reklam Yeriniz