Əlaqə Arxiv
news Image
2012.11.20
14:50
| A A A
Yupiterdən 13 dəfə daha böyük
Movqe.Az bildirir ki, Elm adamları günəş sisteminin ən böyük planeti Yupiterdən 13 dəfə daha böyük bir planet aşkar ediblər. "Astrophysical Journal Letters" jurnalında nəşr olunan xəbərə görə, nəhəng planet dünyadan 170 işıq ili uzaqda və günəşdən 2,5 dəfə daha böyük "Kappa Andromeda" ulduzunun orbitində yerləşir. Yupiterdən böyük olduğu üçün "Super Yupiter" adlandırılıb. Elm adamları, bu planet vasitəsilə planetlərin meydana gəlməsi ilə əlaqədar əhəmiyyətli məlumatlar əldə edəcəklərini düşünürlər. Havaidəki "Mauna Kea" dağının zirvəsində yerləşənYaponiyaya aid Subaru teleskopunu istifadə edərək "Super Yupiter"i kəşf edən elm adamları, planetin orbitində fırlanan ulduzun, 5 milyard yaşındakı günəşə nisbətən daha gənc bir ulduz olduğunu söyləyiblər. Elm adamları, "Super Yupiter"in indiyə qədər kəşf edilən ən böyük planet olduğunu bildiriblər.


Sizin Reklam Yeriniz