Əlaqə Arxiv
news Image
2016.02.04
22:31
| A A A
30 metrlik asteroid Yerə yaxınlaşır – Kosmik agentlikdən xəbərdarlıq

NASA Yür kürəsinə yaxınlaşan daha bir asteroid barədə məlumat yayıb. +2013 TX68 asteroidi 30 metrdir və Yerə martın 5-də yaxınlaşacaq. Məlumata görə, asteroid 2013-cü ilin martında Rusiya Federasiyasının Çelyabinsk vilayəti üzərində partlayan meteoritlə eyni xüsusiyyətlərə malikdir. Martın 5-də +2013 TX68 asteroidi Yer kürəsinə 17 min kilometr məsafədə yaxınlaşacaq. O, planetin yaxınlığından bir də 2017-ci ilin sentyabrında keçəcək. Asteroid 2046 və 2097-ci illərdə də Yer kürəsinə yaxınlaşacaq, amma o zaman onun orbiti planetdən kifayət qədər aralı olacaq. Xatırladaq ki, Çelyabinsk meteoriti 2013-cü il fevralın 15-də Ural üzərindən keçərək Çebarkul gölünə düşüb. Onun diametrinin 17 metr olduğu ehtimal edilir. Atmosferdəki partlayış və meteorit yağışı nəticəsində 1500-dən çox insan xəsarət alıb. Yaralıların əksəriyyəti şüşələrin sınması nəticəsində xəsarət alıb.


Sizin Reklam Yeriniz