Alimlər hesab edir ki, hər hansı bir sövdələşməni uzun müddət ərzində məxfi saxlamaq çətindir, çünki bu işə cəlb olunanlardan biri gec, ya da tez mütləq bu barədə danışacaq. Oksford universitetinin əməkdaşları sövdələşmə iştirakçılarından birinin qəsdən və ya bilmədən cəlb olunduqları iş barəsində məlumat verməsinə qədər bu sövdələşmənin məxfi qala biləcəyi müddətə dair araşdırmalar aparıblar.Fizika mütəxəssisi Devid Qrayms bu prosesi təsvir edən riyazi düsturu müəyyən etdi. Bu düstur üç əsas faktora əsaslanır: sövdələşmə iştirakçılarının sayı, sövdələşmənin təyin edildiyi andan etibarən keçən müddət və bu sövdələşmənin müvəffəqiyyətsizliyə uğrama ehtimalları.Alim dörd məşhur konspirologiya nəzəriyyələrinə öz düsturunu tətbiq etdi: amerikalıların Aya enişi səhnələşdirdiklərinə dair iddialar, qlobal istiləşmənin yalan olduğuna dair inanclar, peyvəndlərin autizm xəstəliyinə gətirib çıxarmasına dair nəzəriyyələr və nəhayət, əczaçılıq şirkətlərinin xərçəng xəstəliyinin müalicəsini gizlətmələrinə dair fərziyyələr. Devid Qraymsın təhlili göstərdi ki, əgər, həqiqətən də, bütün bu hallarda insanları aldatmaq məqsədilə bu kimi sövdələşmələr olsa idi, o zaman onlar çoxdan ifşa olunardı. Məsələn, Aya enişin "səhnələşdirilməsi" yalnız 3,7 il ərzində məxfi qala bildi. Qlobal istiləşməyə dair fırıldaqçılıq 3,7 ildən 26,8 ilədək qala bilər. Peyvəndlərin autizm xəstəliyinə gətirib çıxarması ətrafında gəzən "xəbərlər" 3,2 ildən 34,8 ilədək davam edə bilərdi, "xərçəng xəstəliyinin müalicəsinin gizlədilməsi" barəsində irəli sürülən iddialar isə 3,2 il çəkə bilərdi. Əslində, bu düstur sövdələşmənin daxili müvəffəqiyyətsizliyə uğrama ehtimallarını müəyyən edə bilərdi. Onları təyin etmək üçün Qrayms sövdələşmə və əlbirliyin yer aldığı üç real hadisəni təhlil etdi.Birinci hadisə ABŞ Milli Təhlükəsizlik Agentliyinin PRISM nəzarət-izləmə proqramı vasitəsilə əhalinin izlənilməsini həyata keçirməsi idi. Bu proqramda 36 min nəfərədək insan iştirak edirdi və proqram Edvard Snouden sayəsində altı ildən sonra məşhurlaşdı. İkinci hadisə ABŞ-da daha çox mənfi nəticələri ilə yadda qalan sifilisin orqanizmdəki inkişafının araşdırılmasına dair Alabamada aparılan eksperiment oldu. Belə ki, sözügedən eksperiment zamanı bu xəstəliyə yoluxmuş afro-amerikalı mənşəli iştirakçılar zəruri müalicəni almırdılar. 1932-ci ildən başlayaraq 1972-ci ilədək davam edən eksperimentdə təxminən 6,7 min nəfər iştirak etmişdir. Bu barədə 25 il sonra həkim Piter Bakstan söz açdı.Üçüncü qalmaqal isə Federal Təhqiqat Bürosunun kriminal ekspertizasının uzun müddət qeyri-elmi və tez-tez yanlış olmasına dair hakimiyyət tərəfindən qəti surətdə məxfi saxlanılan məlumatlar idi. Nəticədə günahsız insanlar azadlıqdan məhrum edildi. Bu barədə həkim Frederik Uaytherst məlumat verdi.Devid Qraymsin dəyərləndirməsinə əsasən, bu sövdələşmədə 500 nəfərə yaxın insan iştirak edirdi. Məxfi işin aşkar olunması altı il çəkdi. Onun müəyyən etdiyi düstur sövdələşmə iştirakçıları üçün ssenarinin daha optimist variantını təqdim edir: tədqiqatçı ehtimal edir ki, onların hər birisi sirr saxlaya bilir və bu zaman ərzində bədəfkarlara çıxa biləcək hər hansı bir xarici tədqiqatlar aparılmır. BBC məlumat verir ki, sadalanan məşhur hadisələrin məlumatlarından istifadə edərək Qrayms belə nəticəyə gəldi ki, daxili səbəblərə görə müvəffəqiyyətsizliyə uğramaq ehtimalı milyonda dördə bərabərdir. Bu, çox aşağı göstəricidir, lakin sövdələşməyə yeni iştirakçılar qoşulduqca onun aşkarlanma ehtimalı zamanla çoxalır. Məsələn, amerikalıların, əslində, Aya enmədikləri və bunu xüsusi studiyada səhnələşdirərək lentə aldıqlarına dair konspirologiya nəzəriyyəsi 1965-ci ildə yarandı. Həqiqətin gizlədilməsində 411 min NASA əməkdaşı iştirak etməli idi. Qraymsın sözlərinə görə, bu vəziyyətdə sövdələşmə 3,7 ildən artıq çəkməzdi.Amerikalıların Aya enməsindən 50 ildən çox vaxt keçib. Buna görə də, Qraymsın düsturuna əsasən, bu enişin həqiqətən baş verdiyinə dair əsaslı dəlillər mövcuddur. Vaşınqton universitetinin riyaziyyatçısı Monti Makqavern hesab edir ki, tədqiqat üsulları yetərincə əsaslıdır, hesablanmış ehtimallar isə həqiqəti əks etdirir.Devid Qrayms bildirir ki, "Mən hesab edirəm ki, hər hansı bir şəxsi inandığı fikrindən daşındırmaq çətindir, bəzən isə qeyri-mümkündür. Lakin ümid edirəm ki, bu iş mötədil mövqe tutan və heç zaman aşk