Əlaqə Arxiv
news Image
2012.11.22
15:30
| A A A
Motosikleti sevgilisini öpərək sürüb
Movqe.Az bildirir ki, Braziliyanın Parana əyalətinin Fos de İquasu şəhərində şosedə 80 kilometr sürətlə gedən bir motosiklet sürücüsünün qucağına oturan sevgilisini öpərkən çəkilən şəkilləri marağa səbəb olub. Motosiklet sürücüsünün yola baxmadan qucağındakı sevgilisini öpdüyünü görənlər dərhal fotoaparatlarını işə salıblar. "Daily Mail" qəzetinin xəbərinə görə, kaska taxmayan cütlük qəza törətmədən motosikletdən eniblər. Çəkdiyi şəkilləri Braziliyanın "RPC" televiziya kanalına təqdim edən Fernando Nassimento bunları söyləyib: " Əvvəl sürücü kaska taxmadığı üçün diqqətimi çəkdi, lakin motosikletə yaxınlaşdıqca sürücünün sevgilisini gördüm. Bir dəqiqədən də çox uzun bir müddət öpüşəm sürücü bu müddət ərzində yola baxmırdı. Bir müddət sonra şosedən çıxdılar. Xoşbəxtlikdən qəza törətmədilər."
Sizin Reklam Yeriniz