Əlaqə Arxiv
news Image
2012.11.22
16:20
| A A A
Gənc dahi

Movqe.az "CNN"ə istinadən xəbər verir ki, dünyanın ən qabaqcıl mərkəzlərindən olan Massaçusets Texnologiya İnstitutu (MIT) dünyanın ən kasıb ölkələrindən biri olan Sierra Leonelidən olan gənc bir dahini qonaq edib. Kelvin Doe hələ 13 yaşındaykən ailəsinin elektrik çətinliyi çəkməsi ucbatından zibillikdən batareya toplamağa başlayıb. ABŞ-dakı proqrama bu günə qədər qatılan ən gənc dahi olduğu açıqlanan Doe qabiliyyətini ticarətdə də göstərib. Yaşadığı bölgədən 12 yoldaşına kiçik miqdarlarda pul ödəyən Doe şənliklər təşkil edir. Radio stansiyasında proqramlar aparır. Hazırladığı texnoloji cihazları da "DJ"lik etmək üçün istifadə edir.  Doe,  "İşığımız yoxdur. İşıqlar həftədə bir dəfə gəlir. Bundan başqa həmişə qaranlıqda qalmaq məcburiyyətindəyik. Buna görə mən də öz generatorumu istifadə etdim."


Sizin Reklam Yeriniz