Əlaqə Arxiv
news Image
2012.11.22
16:53
| A A A
"Instagram" da yenilik var!
Movqe.az xəbər verir ki, dövrümüzün ən məşhur ictimai şəbəkələrindən biri halına gələn "Instagram" qısa müddət əvvəl veb profillərini istifadəçilərə təqdim etmişdi. Profilləri veb mühitinə köçürmüş və istifadəçilərə bu sayədə paylaşdıqları fotoşəkilləri internet vasitəsilə də görmə imkanı vermişdi. "Instagram"ın son yeniliyi isə "Badges" adını verdiyi profil nişanları deyə adlanan xarici profil düymələridir. "Twitter"in "İzlə" düyməsinə oxşar olan bu nişan daha çox veb sayt sahibləri və bloq yazıçıları tərəfindən istifadə ediləcək kimi görünür. Öz profil nişanınızı yaratmaq üçün profilinizin sağ tərəfindəki adınızın yazıldığı düyməni basaraq açılan menyuda "Badges" səhifəsini açmanız kifayətdir. Profil nişanınızı dərhal istifadə etməyə başlaya bilərsiniz.
Sizin Reklam Yeriniz