Əlaqə Arxiv
news Image
2012.11.22
17:15
| A A A
21 dekabra az qalıb
Movqe.az xəbər verir ki, alimlərin illərdir mübahisə etdiyi Maya təqvimində göstərilən tarixə yalnız bir ay qalıb. Mayyalar Haab təqviminin sonuna işarə edən təqvim, uzun illər dünyanın sonunu gətirəcək təbii fəlakətlərin xəbərçisi olaraq qəbul olunub. Son illərdə həyata keçirilən arxeoloji qazıntılar bu inancın əksini göstərsə də, həmin günü bəziləri dünyanın sonu, digərləri isə yeni bir dövrün başlanğıcı kimi görür. Antik Mayalayarın beşinci Günəş Əsrinin sonunu göstərən 144 min günlük Haab təqvimi, 21 dekabr 2012-ci ildə sona çatır. Sözügedən tarixdə, 394.26 ilə bölünmüş olan təqvimin son və 13-cü dövrü bitir. Beləcə yaradılış dövrü də sona çatır və Altıncı Günəş Əsri başlayır. Altıncı Günəş Erasının başlanğıcı deyilsə də, bir çoxları bu başlanğıcı Dünyanın sonunu gətirəcək hadisələrin başlanğıcı olaraq qəbul edirdi. 1983-cü ildə IRAS kosmos teleskopu tərəfindən nəhəng Marduk planeti kəşf edilib. Marduk, 21 dekabr 2012-ci ildə Mars və Yupiterin içərisinə daxil olacaq və Yerin nəhəng zəlzələ, sunami və fırtınalarla yox olmasına səbəb olacaqdır. Digər tərəfdən Dünyanın Balıq Əsrindən Dolça Əsrinə keçəcəyi və Günəş Sistemində tutduğu bucağın dəyişəcəyi iddia edilən 21 dekabr 2012-ci ildə, insanlığın xoşbəxtlik və işıqlanma dövrünə girəcəyini müdafiə edənlər də var.
Sizin Reklam Yeriniz