Əlaqə Arxiv
news Image
2012.11.22
19:00
| A A A
Qəfəsdən qaçan pələng 3 adamı yaraladı
Movqe.Az bildirir ki, Çexiyanın Libereç şəhərindəki zooparkın işçisi İvan Lanqr, "Paris" adlı növünə az rast gəlinər ağ pələngin heyvanxanadan qaçaraq 3 vəzifəli şəxsi yaraladığını söyləyib. Lanqr, pələngin sakitləşdirildiyini və artıq təhlükə yaratmayacağını bildirib. Pələngin qəfəsdən necə qaça bildiyinin araşdırıldığı qeyd edilib. Xilasetmə qrupunun işçisi Lenka Markovivova da yaralılardan birinin xəstəxanaya aparıldığını, həyatlarında elə bir təhlükənin olmadığını söyləyib. Libereç heyvanxanası Çexiya Respublikasında ağ pələnglərin olduğu yeganə yerdir.
Sizin Reklam Yeriniz