Qoca milyonçunu qəhvədanda dəfn etdilər - FOTO
İtaliyanın ən məşhur iş adamlarından biri, 93 yaşlı Renato Bialetti vəfat edib. Movqe.az RAİ-yə istinadən bildirir ki, o, geyzer qəhvəbişirəninin ixtiraçısı idi və bu qəhvəbişirən dünyada "Moka," "Moka Express" kimi tanınıb.Ailə biznesini quran Renato şirkətin loqotipini də hazırlayıb və "Moka"ların illik istehsalının həcmini 4 milyona çatdırıb.Vəsiyyətində Renato Bialetti yazmışdı ki, vəfat edəndən sonra onun cəsədi kremasiya olunsun və külü də "Moka"ya yerləşdirilsin.Dəfn mərasimi Bialettinin doğulduğu Kazale Korte Çerro kəndində keçirilib.Mərhum iş adamının külü 24 fincanlıq, ən böyük "Moka"ya yerləşdirilib, sonra da "Moka" tabuta qoyulub.Tabut isə Bialetti ailəsinin məzarlığı olan Omenyu şəhərinə aparılıb.