Əlaqə Arxiv
news Image
2012.11.23
15:24
| A A A
Diş sapı yararsızdır?
Movqe.az xəbər verir ki, dişlərin sağlam qalması üçün təklif olunan fırçalamadan başqa, diş ipindən istifadənin əslində düşünüldüyü qədər də faydalı olmadığı iddia edilib. ABŞ-ın tanınmış diş həkimlərindən Elli Filips, "Stomatoloqnan vidalaşın" adlı kitabında diş ipindən istifadənin diş sağlamlığına  faydası olmadığını yazıb. Məşhur həkim, yalnız bir araşdırmanın diş ipindən istifadənin faydalı olduğunu göstərdiyini ifadə edib. O da məktəbə gedən uşaqların dişlərinin, bir mütəxəssis tərəfindən həftədə 5 gün diş ipliyi ilə təmizlənməsilə əlaqədar olduğunu qeyd edib. Diş həkimi, İngiltərə stomatologiya jurnalında 2006-ci ildə nümayiş olunan araşdırmanın da diş ipi istifadə edən və etməyənlər arasında bir fərq olmadığını göstərdiyini yazıb. İngiltərədən bəzi mütəxəssislər də diş həkimi Filipsə dəstək çıxıb. İngilis həkim Qraham Barnbi, "Uzun müddətli diş ipindən istifadənin faydalı olduğunu göstərən bir dəlil yoxdur." deyə əlavə edib.
Sizin Reklam Yeriniz