Əlaqə Arxiv
news Image
2012.11.23
15:29
| A A A
2 yaş sindromu

Movqe.Az bildirir ki, Uşaqlarınızda iki yaşında olarkən bəzi dəyişiklikləri müşahidə edə bilərsiniz. Əsəbləşər, hər şeyi özü etmək istəyə bilər. Əgər siz bu problemi həll etmək istəsəniz heç bir nəticənin olmadığını görərsiniz. Bəs onda nə etmək lazımdır? Uşaq mütəxəssisləri bu problemə cavan olaraq belə açıqlama veriblər:

"2 yaş ətrafında olan uşaqlar artıq özlərini bir fərd olaraq kəşf etdiyi üçün bir mənlik döyüşü başladırlar. Uşaqlarda bu dövrdə "yox"lar, ananın, atanın dediyini etməmə meylləri, sonda isə çox ciddi əsəbləşmək, ağlamaq, çox pis nəticə ilə ailə münaqişələrinə gətirib çıxaracaq davranış problemləri görülür. Uşaqla inadlaşmadan, başa düşməz deyə düşünmədən (çünki başa düşər) rəftar etsəniz, ona düşünməsi üçün vaxt versəniz, tələsdirməsəniz bu vəziyyət təbii olaraq öz zamanında yaşanar. İcazə verin uşaq bir az sakitləşsin. Ondan sonra, ara sakitləşəndən sonra "bu vəziyyət məni çox incitdi" deyə yaxınlaşıb uşaqla ünsiyyətin bir yolunu tapmaq lazımdır. Bu müddət ərzində uşağınız da sakitləşmiş olacaq."

Sizin Reklam Yeriniz