29 yaşlı atanın 15 nikahsız uşağı var - FOTO
İngiltərənin "ən məsuliyyətsiz ata"sı seçilən Keyit Makdonald tanış olduğu hər qadını hamilə etməsi ilə tanınır.
Movqez Türkiyə mətbuatına istinadən bildirir ki, Keyitin 29 yaşı var. Onun 10 ayrı qadından 15 uşağı olub, 16-cısı isə yoldadır.
O, hər doğulan uşaq üçün dövlət yardımı alır. Keyit bütün gününü oyun oynamaqla keçirir.
Maraqlısı isə odur ki, onun hamilə etdiyi qadınların mövcud vəziyyətdən narazılığı yoxdur.