Əlaqə Arxiv
news Image
2016.02.26
21:30
| A A A
Fransadan "Google"a vergi cəzası

Fransa Maliyyə Nazirliyi "Google"dan keçmişdən yığılıb qalan borclar da daxil olmaqla cəmi 1.6 milyard avro tələb edib. "Google"un Fransadakı şöbəsindən mətbuata verilən məlumata görə, şirkəti fəaliyyət göstərdiyi bütün ölkələrdə vergi qanunlarına uyğun hərəkət edir.Movqe.az  metbuat.az-a istinadən bildirir ki, Fransanın Maliyyə naziri Mişel Sapen isə bildirib ki, borc ödənilməlidir: "Google" şirkətinin vergi borclarının çox olduğu üçün heç bir uzlaşmadan söhbət gedə bilməz".Ümumiyyətlə şirkət Avropanın bir çox ölkəsində vergi ödəməkdən boyun qaçırdığı üçün uzun müddətdir ki, AB Komissiyası tərəfindən izlənilir. Bundan əvvəl də 2005-ci ildə İngiltərə hökumətinə olan vergi borclarını ödəməmiş və daha sonra tərəflər arasında 130 milyon funt-sterlinqlik bir müqavilə imzalanıb.


Sizin Reklam Yeriniz