Janna d-Arkın üzüyü satıldı
Londonun "Timeline Auctions" hərracında bir vaxtlar Fransanın ən məşhur qadın qəhrəmanı olmuş Janna d-Arkın barmağında gəzdirdiyi gümüş üzük 420 min dollara satılıb. Movqe.az virtualaz.org-a istinadən xəbər verir ki, üzüyü ala bilmək üçün onlarla kolleksiyaçı mübarizə aparıblar.XV əsrdə hazırlanmış bu üzüyün doğrudan da bir vaxtlar Janna d-Arka məxsus olmasına heç kəs şübhə etmir. Belə ki, o, inkvizisiyanın qızı mühakimə etdiyi zaman onun barmağında olan üzüyün təsviri ilə tamamilə üst-üstə düşür. Üzüyün üzərində "Jhesus Maria" yazısı və 3 xaç şəkli var.