Əlaqə Arxiv
news Image
2012.11.26
16:33
| A A A
Yaponiyada qızıldan yolka ağacı hazırlanıb

Movqe.az xəbər verir ki, Milad bayramı alış-veriş mövsümü yaxınlaşan bir vaxt yaponiyalı zərgər xalis qızıldan  yolka ağacı hazırlayıb. 4.3 milyon dollar dəyəri olan qızıl ağac Tokioda fəaliyyət göstərən Ginza Tanaka Zərgərlik mağazasında nümayiş etdirilir. 2.4 metr hündürlükdə olan qızıl ağac 40 kilo xalis qızıldan ərsəyə gəlib. Qiymətli əl işi Uolt Disney cizgi filmlərinin qəhrəmanlarının oyuncaq fiqurları ilə bəzədilib.  110-cu ildönümünü qeyd edən Uolt Disney isə mağaza ilə əməkdaşlıq etməyə razılıq verib.   10 zərgərdən ibarət qrup  Miki Maus, Qufi və Vinni Puh da daxil olan 50 cizgi film qəhramanlarının fiqurlarının yaradılması üçün  iki ay vaxt sərf edib. 

Zərgər qızıl yolka ağacının insanlara qəm və kədərdən, eləcə də dünya problemlərindən uzaq olmağa kömək edəcəyinə ümüd bəslədiyini deyib.  Qızıl yolka ağacı Tokioda Ginza Tanaka mağazasında dekabr ayının 25-dək nümayiş etdiriləcək.

Sizin Reklam Yeriniz