2 ayda 5 milyon satış edib
Movqe.az xəbər verir ki, "Samsung"un tablet
və telefon qarışığı olan cihazı "Galaxy Note II"nin satışı 5
milyonu aşıb. Qısa müddətdə 5 milyondan çox "Galaxy Note II"
satdığını açıqlayan "Samsung"un bu cihazı 128 ölkədə satılır.
Almaniyada keçirilən IFA sərgisində ilk dəfə təqdim edilən "Galaxy
Note II"nın xüsusiyyətlərinə gəldikdə isə 5.5 düymlük Super "AMOLED
HD" ekrana sahib olan cihaz 1.6 giqahers sürətində işləyən "Exynos
4 Quad" prosessordan güc alır. 16, 32 və 64 GB-lıq modelləri olan
"Galaxy Note II" iki aylıq satış müddətində 5 milyon abunəyə çatıb.