Əlaqə Arxiv
news Image
2012.11.26
16:50
| A A A
Siqaret beyni çürüdür?
Siqaret çəkməyin beyni çürüdərək yaddaş, öyrənmə və mühakimə qabiliyyətlərinə böyük zərər vurduğu məlum olub. Movqe.Az bildirir ki, "Age and ageing" jurnalında nəşr olunan araşdırmaya 50 yaşdan yuxarı 8800 adam qatılıb. Londondakı "King's College"də 2004-ci ildə başlayan araşdırmada 55 faizi qadınlardan ibarət olan iştirakçıların sağlamlıq vəziyyətləri və həyat tərzləri ilə bağlı məlumatlar qeyd edilib. Sonra iştirakçılardan bir dəqiqə içində yeni sözlər öyrənmələri ya da mümkün qədər çox heyvan adı söyləmələri istənilərək beyin funksiyaları yoxlanılıb. Eyni testlər, dörd il ara ilə iki dəfə keçirilib. Araşdırma müddətində siqaret çəkən insanların bacarıqlarında siqaret çəkməyənlərə nisbətən geriləmə olduğu məlum olub. Tədqiqatçılar, siqaretin istifadəsini qeyri-sağlam qidalanma və hərəkətsizlik kimi həyat tərzi ilə bağlayaraq, ürək çatışmazlığı  yüksək olan kəslərdə beyin funksiyaları itkisi riskinin də yüksək olduğunu təyin edib. Qeyri-sağlam vərdişlər arasında beyinə ən çox siqaretin zərər verdiyini söyləyən təqdqiqatçılar, yüksək təzyiq və kökəlmə xəstəliyinində beyinə təsir etdiyini, ancaq siqaret qədər zərərli olmadığını vurğulayıblar. 65 yaşdan yuxarı hər üç adamdan birində yaddaşını itirmə görüldüyünə görə, insanların sağlam qidalanaraq, nizamlı məşq edərək, siqareti buraxaraq təzyiq və xolesterol səviyyələrini nəzarət altında tutaraq risk dərəcələrini azalda biləcəklərini söyləyiblər.
Sizin Reklam Yeriniz