Əlaqə Arxiv
news Image
2012.11.27
17:00
| A A A
Yaşadığı binanı rəsm qalereyasına çevirdi
Movqe.Az bildirir ki, Rusiyada bir rəssam yaşadığı binanı rəsm qalereyasına çevirib. Girişindən damına qədər binanın bütün mərtəbələrini yağlı boya şəkillərlə bəzəyən rəssam, "binanı çirklədənlərin qarşısını almaq üçün" belə bir yola əl atdığını söyləyib. Rusiyanın paytaxtı Moskvada yaşayan rəssam Dmitri Boçkarev, yaşadığı mənzilin xaricilər tərəfindən davamlı olaraq çirklədildiyini söyləyərək, bu problemi həll etmək üçün belə fikrə gəldiyini bildirib. Əvvəl binanın girişini şəkillərlə bəzəyən rəssam, sonra bütün binanı rəngləməyə qərar verib. Poçt qutularından lift qapısına qədər binanın bütün daxilini bəzəyən rəssam, binanı sanki şəkil qalereyasına çevirib. Binanın bəzənməsində istifadə edilən şəkilləri gündəlik həyatdan, qəzet və jurnallarda gördüyü şeylərdən seçdiyini açıqlayan Boçkarev, "Bəzən də hansı mövzuda şəkil çəkəcəyimi yuxumda görürəm." deyib. Bina sakinləri vəziyyətdən olduqca məmnun qalıblar. Boçkarevin qonşusu İnna Vasilyeva isə, şəkillərin çox gözəl olduğunu və belə bir binada yaşadığı üçün ruhunun sanki bayram etdiyini bildirib. Vasilyeva, "çöldə olarkən nəyəsə görə əhvalım pozulan zaman evə gələndə binaya girdiyim an, ətrafa baxıram və hər şey gözəlləşir." deyərək hisslərini ifadə edib.
Sizin Reklam Yeriniz