Əlaqə Arxiv
news Image
2012.11.27
19:30
| A A A
7 dəfə infarkt keçirdi
Movqe.Az bildirir ki, İngilis Alis Klark doğum nəzarət həbi qəbul etdiyinə görə 7 dəfə infarkt keçirib.19 yaşlı gənc qız başı gicəlləndiyinə görə nərdivanlardan yıxılıb. Ailəsi dərhal təcili yardım çağırıb. Təcili yardım qrupu gəldiyi zaman sərt sinə ağrısından əziyyət çəkən gənc qızın bir müddət sonra ürəyi dayanıb. Yenidən həyata qayıdan gənc qız xəstəxanaya çatana qədər 7 dəfə infarkt keçirib. Ancaq buna baxmayaraq gənc qız həyatda qalmağı bacarıb. London Universitetinin mütəxəssisləri Klarkın keçirdiyi infarktın səbəbinin istifadə etdiyi doğum nəzarət həbində olduğunu təsdiqləyiblər. Tədqiqatçılar, bu dərmanı istifadə edən hər 10 min qadından hər il 15-30-unun qanında laxtalanma baş verdiyini deyiblər. Həmin həbdən infarkt keçirən 16 yaşlı Şannon Deakin dünyasını dəyişmişdi.
Sizin Reklam Yeriniz