Əlaqə Arxiv
news Image
2012.11.28
15:27
| A A A
Tutuquşunu öldürdüyünə görə 6 ay həbs cəzası verilib
Movqe.Az bildirir ki, ABŞ-ın Vaşinqton əyalətində 63 yaşlı bir adam çəngəllə tutuquşu öldürdüyünə görə 6 ay həbs cəzasına məhkum edilib. "The Daily Herald" qəzetinin xəbərinə görə, Riçard Atkinson, 19 avqust tarixində "Bailey" adlı tutuquşusuna "qəsdən və zalımca hücum edərək" öldürdüyünə görə təqsirləndirilib. Atkinsonun vəkili Uilliam Steffener, müvəkkilinin belə bir hadisəni xatırlamadığını söyləyib. Steffener, Atkisonun sakitləşdirici həb ilə spirtli içki qəbul etdiyini və yaddaş itkisi yaşadığı zaman belə bir iş gördüyünü iddia edib. Məhkəmə Atkinsona tutuquşunun qiymətini ödəməsini tələb edib və 5 il ərzində hər hansı bir heyvan saxlamağı qadağa qoyub.
Sizin Reklam Yeriniz