Yaddaşımız getdikcə zəifləyir?
Movqe.az xəbər verir ki, Amerikalı bir
tədqiqatçı, insan zəkasının yavaş yavaş gerilədiyini iddia edib.
Kaliforniya Universitetinin bioloqu Gerald Krabtri, "Trends in
genetics" jurnalına verdiyi müsahibəsində belə deyib. O, insan
zəkasının 120 nəsildən yəni son 3000 ildən bu yana zəiflədiyini
bildirib. "Məsələn antik Yunanıstandan bir qonaq gəlsəydi o
bizdən daha ağıllı olardı. Bu adam bizdən daha yaradıcı olduğu
kimi, yaxşı bir yaddaşa da sahib olardı"-Gerald Krabtri belə deyib.
Krabtrinin tezisi belədir: "Əvvəllər beynini istifadə etməyən insan
qidalana və ya vəhşi heyvanlardan koruna bilməzdi. Yəni yalnız ən
ağıllı insanlar həyatda qala bilərdi. Bu da insan zəkasının
dayanmadan inkişafını təmin etmişdir. Halbuki əkinçiliyin kəşf
edilməsindən sonra insanlar, zəif fərdlərin də qorunduğu böyük
qruplarda yaşamağa başladı və artıq böyük qruplarda daha çox ortaya
çıxan xəstəliklərdən qorunma səyi, zəkadan daha əhəmiyyətli hala
gəlmişdir.