Əlaqə Arxiv
news Image
2012.11.30
16:04
| A A A
Merkurinin səthində buz olduğu dəqiqləşib
Movqe.az xəbər verir ki, ABŞ Milli Aviasiya və Kosmos Dairəsinin (NASA) Merkuriyə göndərdiyi "Messenger" kosmos vasitəsinin planetin şimal qütbündə buza rast gəldiyi bildirilib. Alimlər 2004-ci ildə gondərilən və 2011-ci ilin martında Merkurinin orbitinə girən "Messenger"in planetin şimal qütbündə həmişəlik qaranlıqda qalan bir bölgədə donmuş su olduğunu sübut edən məlumat göndərdiyini açıqlaıb. Buzun 0,46 metr-19,8 metr dərinlikdə olduğu güman edilir. Elm adamları Merkurinin cənub qütbündə da buz ola biləcəyi iddiasını irəli sürüb. Xatırladaq ki, Radio teleskoplarla 1991-ci ildə edilən tədqiqatlarda Merkurinin qütb bölgələrində buz olduğu düşünülən parlaq ləkələr təsbit edilmişdi. Merkurinin səthində istilik, 425-180 mənfi istilik dərəcəsi arasında dəyişir. Günəşə ən yaxın planet olan Merkuri, Günəş sistemindəki 8 planetin ən kiçiyidir. Yerin üçdə biri böyüklüyündəki Merkurinin diametri, 4 min 880 kilometrdir. Dünyadan sonra Günəş sistemindəki ikinci ən sıx planeti olan Merkurinin dəmir nüvəsi planetin kütləsinin 60 faizindən çoxunu təşkil edir.



Sizin Reklam Yeriniz