Əlaqə Arxiv
news Image
2012.11.30
17:35
| A A A
Körpələrin piylənmə hesablaması

Movqe.Az bildirir ki, Doğuşdan sonra aparılacaq sadə bir hesablamanın uşağın piylənmə xəstəliyinə tutulub-tutulmayacağı haqqında məlumat verə biləcəyi təyin olunub. Finlandiyalı, amerikalı və italyan uşaqların doğuşdan sonra məlumatlarını araşdıran Filip Froquelin başçılıq etdiyi beynəlxalq qrup, yeni doğulan körpələrdə piylənmə riskinin nə qədər olduğunu göstərən sadə bir ''düstur'' hazırlayıblar. Froquel və qrupu, 1986-cı ildə doğulan 4 min uşağı yetkinlik dövrünə qədər izləyiblər. Elm adamları, hamiləlikdən əvvəl ana və atanın bədəninin çəki indeksi, ananın hamiləlikdə nə qədər kökəldiyi və siqaret çəkib-çəkmədiyi, ailədəki uşaqların sayı, körpənin neçə kilo doğulduğu kimi asan məlumatların əldə edilməsi sayəsində uşağın piylənmə xəstəliyinə tutulub-tutulmama riskinin nə qədər olduğunu müəyyən edə biləcəklər. Statistikanın nəticələrindən sonra elm adamları, düsturu "Excel" proqramına köçürdüblər. Araşdırmaya imza atanlardan Filip Froquel, düsturu təşkil edən məlumatların hər birinin uşaqlardakı risk faktorlarını öyrənmək məqsədiylə istifadə edildiyini vurğulayıb. Elm adamları daha sonra işlərini 1500 italyan və 1000 amerikalı uşaq üzərində təsdiqləyiblər. "Plos One'" jurnalında nəşr olunan araşdırmada, elm adamları bu fəaliyyətin yayılması üçün düsturun ölkələrə uyğunlaşdırılması lazım olduğunu da bildiriblər.

Sizin Reklam Yeriniz