Ən böyük "quasar" kəşf edilib
Movqe.az xəbər verir ki, alimlər indiyə qədər düşündüklərindən ən az 5 qat daha güclü enerji partlayışı yaradan quasar (radiodalğalar göndərən göy cismi) kəşf edib. Avropa Cənub Yarımkürə Astronomik Araşdırmalar Təşkilatına (ESO) aid Şilidəki VLT teleskopunu istifadə edən elm adamları, SDSS J1106 1939 adı verilən quasardan yüksək sürətlə atılan nəhəng kütləyə sahib bir maddənin daşıdığı enerjinin Günəşin çıxardığı gücün 2 milyon qatına bərabər olduğunu söyləyib. Elm adamları "SDSS J1106 1939"un maddələri saniyədə 8 min kilometr sürətlə ata bildiyini müəyyən edib.