Əlaqə Arxiv
news Image
2012.11.30
18:02
| A A A
Bir növ siqaret dövrü başlayır
Movqe.Az bildirir ki, Avstraliyada siqaret paketləri sabahdan etibarən eyni paketlərdə satışa çıxarılacaq. Səhiyyə Nazirliyi, sabahdan etibarən bir növ siqaret paketi tətbiqinə keçəcəklərini və tətbiq daxilində bütün paketlərin yalnız tünd yaşıl rəng olacağını bildirib. Nazirlik, yalnız marka adlarının fərqlilik göstərəcəyini və paketlərin üzərində siqaretin zərərli təsirlərini göstərən fotoşəkillərin olacağını vurğulayıb. Səhiyyə naziri Tanya Plibersek, xalqın 50 faizdən çoxunun siqaret çəkdiyini və yeni tətbiqlə 2018-ci ildə qədər bu nisbəti ən az 10 faiz azaltmağı planlaşdırdıqlarını söyləyib. Marka loqolarının olmayacağı paketlərin siqaret sənayesində böyük itkiyə yol açacağı güman edilir. Bir formada siqaret paketi tətbiqi qərarı avqust ayında təsdiq edilib, ancaq siqaret firmaları tərəfindən qərara böyük reaksiyalar gəlib. Firmalar, bu paket tətbiqinin saxta siqaret istehsalını asanlaşdıracağını iddia edib. Nazirlik isə saxta siqaretə qarşı paketlərə xüsusi kodlar yerləşdirildiyini cavab olaraq bildirib. Ölkədə siqaret istehlakını azaltmaq üçün 1976-ci ildə televizor və radiolarda siqaret reklamları qadağan edilmişdi.
Sizin Reklam Yeriniz