Əlaqə Arxiv
news Image
2016.04.01
23:00
| A A A
1 yumurta ağı ilə həm dəriniz canlanacaq, həm də...

Ümumiyyətlə yağlı və sızanağa meylli dərilərin problemi olan sızanaq ləkələri və günəşin zərərli şüaları səbəbiylə meydana gələn qəhvəyi günəş ləkələri üçün bu maskanı istifadə edə bilərsiniz. Amma səbirli olmalısınız çünki maskanın təsirlərini görə bilməniz üçün ən az 4-5 dəfə istifadə etməyiniz lazımdır. Maska dəri rənginizin də bir-iki ton açılmağına yardımçı olacaq.Ehtiyacınız olan vəsaitlər; 2 çay qaşığı portağal suyu, 1 yumurta ağı və yarım çay qaşığı sarıkök. Həm portağal suyundakı turşu həm də sarıkök ləkələrin rənginin və dəri tonunun açılmasına kömək edir.Əvvəl yumurta ağıyla portağal suyunu qarışdırın. Daha sonra sarıkökü əlavə edin və təkrar qarışdırın. Qarışığı üzünüzə sürtün. 15 dəqiqə gözləyib ilıq suyla təmizləyə bilərsiniz. Maska sonrası quruluğu almaq üçün dərinizə 3-4 damla badam yağı ilə masaj edə bilərsiniz.Bu maska olduqca axıcı olduğu və sarıkök ləkəsini çıxartmaq çətin olduğu üçün köhnə bir köynək geyinin və maskanı sink üzərində istifadə edin.

Sizin Reklam Yeriniz