Əlaqə Arxiv
news Image
2016.04.02
10:20
| A A A
Dünyanın gedişatını dəyişdirən 5 önəmli texnoloji kəşf

Bəzən inkişafın, bəzən isə qəribə təsadüflərin nəticəsində edilən texnoloji kəşflər həmin dövrdə yaşayan insanlarla yanaşı, əsrlər sonra bizim də həyatımızı dəyişdirməyə davam edir. Od, işıq və günəş enerjisinin dünya texnologiya tarixinə nə qədər təsir etdiyini demək olar ki, hər kəs dərk edir. Bəs texnologiyaya yön verən hadisələr hansılardır?


Sizə texnologiyaya yön verən, dünyanın gedişatını dəyişdirən 5 önəmli hadisəni təqdim edirik.


Alan Turing və kompüter elmlərinin yaranması


Əsası daha əvvəlki illərdə qoyulsa da, müasir dövrdə olan və elmi araşdırmalarla inkişaf etdirilən kompüter elmlərinin meydana çıxması ingilis alim Alan Turing’in fəaliyyəti nəticəsində mümkün olub. 1912-ci ildə Londonda dünyaya gələn, universiteti riyaziyyat və kriptologiya elmləri üzrə bitirən Turing İkinci Dünya Müharibəsi illərində Nasist ordusunun şifrələrini açaraq, müharibənin gedişatına da təsir etməyi bacarmışdı. Alan Turing Kriptologiya və riyaziyyatdan əlavə, süni intellekt sahəsində gördüyü işlərlə də müasir robotların təməlini atan alim hesab olunur. Steve Jobs və Steve Wozniak tərəfindən qurulan məşhur "Apple" şirkətinin loqosu və adı zəhərli almaya yeyərək vəfat edən Alan Turing’in adıyla əlaqələndirilir.




İnternetin kəşfi


Bu gün həyatımızın və dünyadakı inkişafın əsas hissəsi olan internetin yaranması 1960-cı illərdən başlayır. İlk olaraq ABŞ ordusunun hərbi rabitə və kəşfiyyat şəbəkəsi olaraq qurulmuş və Advanced Research Projects Agency Network (ARPANET) olaraq adlandırılmışdı. Eyni illərdə eşitmə problemli həyat yoldaşının ətrafıyla daha rahat əlaqəsini yaratmaq üçün bir model düşünən gənc riyaziyyatçı Vinton Cerf kompüterlər arasında baş verəcək data transferini reallaşdırmaq istəyirdi. O, ABŞ ordusunun qapalı şəbəkəsini başlanğıc nöqtəsi olaraq götürür. 1973-78-ci illər arasında TCP/IP protokolunun inkişaf etdirilməsində də rolu olan Vinton Cerf sayəsində dünyanın hər yerindən internetə qoşulmaq mümkün oldu.




İlk iPhone 


İndi bizə nə qədər inanılmaz gəlsə də, amma həyatımızın ayrılmaz parçasına çevrilmiş müasir "ağıllı telefonlar" on il əvvəl həyatımızda yox idi. 9 yanvar, 2007-ci ildə Steve Jobs tərəfindən təqdim edilən iPhone yeni bir dövrün başlanğıcı olmuşdu. O günlərdə həm tənqid, həm də təriflərin hədəfi olan bu yeni telefonla ekranı, əlverişli istifadəsi və online mağazasıyla tamamilə yeni bir dövrün başlanğıcı idi.





Səmanın yeni gücü: Drone


Texnologiya ilə bağlı bir çox kəşf də hərbi sahədən qaynaqlanır. Əvvəlki illərdə "İnsansız hava vasitəsi" olaraq hərbi kəşfiyyat üçün istifadə olunan cihazlar inkişaf edərək, drone’ların yaranmasına səbəb oldu. Eyni zamanda həm internet yayan, həm də foto və video görüntləri çəkə bilən cihazlar texnologiyada yeni bir səhifənin açılması deməkdir. Fərqli məqsədlər üçün istifadə edilən drone Amazon şirkəti tərəfindən məhsullarının çatdırılması üçün də istifadə edilir.




Gələcəyin fabrikləri: 3D printer


Evdə oturub lazım olan əşyanı istehsal etmək və ya xarab olan əşyanı yenisiylə dəyişdirmək istəyirsiniz? 3D printer texnologiyası yaxın gələcəkdə bunları da mümkün edəcək. Artıq bu texnologiya sayəsində sümük, diş kimi insan bədən hissələrinin yenilərini düzəldə bilmək mümkündür.

pahoo.az

Sizin Reklam Yeriniz