Əlaqə Arxiv
news Image
2016.04.02
11:40
| A A A
101 yaşlı rəqqasədən inanılmaz rəqs - VİDEO

101 yaşı var, hələ də rəqs edir... Avstraliyalı Eileen Kramer rəqs meydançasında göstərdiyi çıxışla nəinki ətrafda olan insanların, hətta bütün ölkənin diqqətini öz üzərinə çəkməyi bacarır.


Eillen Kramer 1914-cü ildə Avstraliyanın Sidney şəhərində dünyaya gəlib. Kiçik yaşlarından rəqsə həvəsi olan Eillen 23 yaşında adını rəqs kurslarından birini yazdırır və əzmlə bu sənətin sirrlərini öyrənməyə başlayır. Elə həmin gündən bu günə kimi də rəqs etməkdən yorulmayan Eillen indi öyrəndiklərini tələbələrinə də ötürür.


Rəqqasə kimi müxtəlif tədbirlərə qatılan, verilişlərə dəvət alan Eillen uzun yaşamağını, gümrahlığını rəqsə borclu sayır. 101 yaşlı qadının sözlərinə görə kim ki yüz il yaşamaq istəyir, rəqs eləməlidir. Çünki rəqs insanı qəm –kədərdən, stresdən uzaq saxlayır./atv.az/

Sizin Reklam Yeriniz