Əlaqə Arxiv
news Image
2012.12.03
12:26
| A A A
Rio de Janeyroda üzən kuknar ağacı quraşdırılıb
Movq.az xəbər verir ki, Braziliyanın Rio de Janeyro şəhərində milad bayramı ərəfəsində turizm mövsümünə start verilib. Bu münasibətlə şəhərdə dünyanın ən böyük üzən küknar ağacı quraşdırılıb. Üzən küknar ağacına baxmaq üçün yüz mindən çox insan  Rodriqo de Freytas laqununa toplaşıb. Ağacın işıqlarının yandırılması mərasimi 6 dəqiqə davam edən atəşfəşanlıqla yadda qalıb. Metal konstruksiyadan hazırlanan "Küknar ağacının" hündürlüyü 85 metrdir, çəkisi isə 542 tondur. Ağac 3 milyondan çox lampa ilə  bəzədilib. Belə üzən küknar ağacı Rio de Janeyroda ilk dəfə 1996-cı ildə  düzəldilib. Bu ağac dünyada ən böyük üzən küknar kimi Ginnesin rekordlar kitabına da daxil edilib.Yanvarı 6-na qədər üzən ağaca 1 milyondan çox insanın tamaşa edəcəyi gözlənilir.
Sizin Reklam Yeriniz