Əlaqə Arxiv
news Image
2012.12.03
15:06
| A A A
Napalyonun məktubu satıldı

Movqe.Az bildirir ki, Fransız İnqilabının məşhur generalı Napalyon Bonapartın məşhur Moskva səfərində qələmə aldığı bir şifrəli məktub hərracda 243 min dollara satılıb. "Fontainebleau" hərrac evində təqdim edilən məktub, təxmin edilən dəyərdən daha yüksək bir qiymətə alıcı tapıb. Fransız İnqilabından sonra ordularıyla Avropada geniş hakimiyyət quraraq Rusiya torpaqlarına girən Napalyonun, 20 oktyabr 1812-ci ildə Parisə göndərdiyi məktubunda, "22 Oktyabr səhər saat 3-də Kremli yox edəcəyəm" yazısı qeyd olunub. Fransızların məşhur generalı, 600 min əsgəriylə çıxdığı Moskva səfərində çətin müqavimət göstərən rus ordusunun geri çəkilməsiylə şəhərə girməyi bacarıb, ancaq soyuqlar və qida çətinliyi səbəbiylə ordu böyük itki verib. Napalyon, şəhərdəki bəzi binalarını atəşə verərək geri çəkilmək məcburiyyətində qalıb.

Sizin Reklam Yeriniz