Əlaqə Arxiv
news Image
2012.12.03
17:05
| A A A
Astronavtlara yoldaşlıq edəcək
Movqe.az xəbər verir ki, Yaponiyalı alimlər Beynəlxalq Kosmos Stansiyasına (ISS) göndərdikləri astronavtlara yoldaşlıq etsin deyə insanabənzər robot hazırlayıb. Kibo Robot Proyektinə rəsmilərin etdiyi şərhdə 33 santimetr boyundakı insanabənzər robotun növbəti yaz tamamlanacağı və astronavt Koiçi Vakatadan qısa bir müddət əvvəl "ISS"ə göndəriləcəyi bildirilib. Toyota, Robo Garage Co. və Yapon Aviasiya Kəşf Agentliyinin əməkdaşlığı ilə inkişaf etdirilən təxminən 1 kiloqram ağırlığındakı robotun Vakatanın üz ifadələrini anlaya biləcəyi ifadə edilir. Robot Vakatayla Yapon dilində ünsiyyət quracaq və astronavtın fotoşəkillərini çəkəcək. Vakatanın səlahiyyət müddəti dolduqdan sonra da stansiyada qalacaq robot Yaponiyanın və dünyanın dörd bir yanındakı məktəblərə , "Twitter"a və digər sosial media şəbəkələrinə mesajlar yazacaq.


Sizin Reklam Yeriniz