Əlaqə Arxiv
news Image
2016.04.08
19:00
| A A A
Çində sualtı otel tikiləcək

Suntzyannın Şanxay rayonunun keçmiş tikinti karyerində qeyri-adi 5 ulduzlu hotelin sürətlə tikintisi gedir.   Tikinti 2017-ci ildə başa çatmalıdır. 370 nömrəlik hotelin iki mərtəbəsi su altında, 17-si yer üstündə və 2-si yer altında olacaq. Binanın hündürlüy 80 metr olacaq. Hotel The Quarry Hotel ("Karyerdə hotel") adlanacaq. Onu yerli Shi ao şirkəti beynəlxalq Atkins dizayner firmasını layihəsi əsasında inşa edəcək. Hoteli Britaniyanın Intercontinental şəbəkə operatoru idarə edəcək.   Suntzyannın Şanxay rayonunun keçmiş tikinti karyerində qeyri-adi 5 ulduzlu hotelin sürətlə tikintisi gedir.   Su altındakı üst mərtəbədə restoran və nömrələr olacaq, onların pəncərələrindən 10 metr dərinlyi olan akvarium görünəcək. Aşağıdakı mərtəbədə müxtəlif idman meydançaları və hovuz olacaq. Layihə 525 milyon dollar dəyərləndirilir. 

Sizin Reklam Yeriniz