Əlaqə Arxiv
news Image
2016.04.10
14:30
| A A A
"Qarabağı bizə verin, Azərbaycanla əlaqələrinizi kəsin..."

"Yevraziya Deyli" şirkətinin baş direktoru İrina Fedina sosial şəbəkədə öz səhifəsində yazıb: "Son hadisələr, yumşaq desək, məni təəccübləndirib. Öz lentimdə (facebook) ermənilərin mövqeyi ilə tanış olanda heyrətlənirəm. Onlar həddən artıq antirusiya və eyni zamanda istehlakçı mövqedən çıxış edirlər: "Rusiya bizim cavab verməyimizə mane oldu, Rusiya silah satır, Rusiya ermənilərin vəziyyətindən istifadə edir" və s.".


Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, İ.Fedina daha sonra yazır: "Əlbəttə, buna görə şokdayam. Burada bizneslə məşğul olmaq, Rusiya vətəndaşlığı almaq, Rusiyadan preferensiyalar tələb etmək və eyni zamanda Qərbə yaltaqlanmaqda fəallıq göstərmək ifrat ermənisayaq mövqedir. Onların mövqeyi belədir - siz bizim əvəzimizə müharibəni udun, Qarabağı bizə verin, Azərbaycanla əlaqələrinizi kəsin, bizə investisiyalar verin, bizim üçün vətəndaşlıq almaq prosedurlarını sadələşdirin və s. Amma bizimlə kiçik tərəfdaş kimi danışmayın, bizi özünüzə bərabər hesab edin, bizim daxili siyasətimizə qarışmayın".


İ.Fedina soruşur: "Bəs bütün bunlar nə üçün Rusiya ərazisində, Rusiya vətəndaşlığı ilə və Rusiya KİV-lərində olmalıdır? Bəs vətənə qayıtmaq, referendum, əslində bütün qərarları qəbul etmiş öz hakimiyyət orqanlarına ünvanlanmalı suallar harada qaldı?


Çox kədərlidir. Antirusiya əhval-ruhiyyəsinin güclənməsinə tamamilə haqlı cavab olaraq antierməni əhval-ruhiyyəsi yaranır. Onlara bircə sualımız var: nəyə görə siz Putindən və ya Lavrovdan bu cür narazısınız?


Siz əvvəlcə öz iqtidarınızı tənqid edin və özünüz Rusiya üçün bərabər tərəfdaş olmağa çalışın. Yoxsa əcəb işdir: kiçik tərəfdaş kimi pul almaq, amma bərabər hüquqlara malik olmaq istəyirsiniz".

Sizin Reklam Yeriniz