Əlaqə Arxiv
news Image
2016.04.11
17:42
| A A A
Dünyanın ən böyük pitonu ölüb

Malayziyada yenicə aşkarlanan dünyanın ən böyük torlu pitonu ölüb.


Movqe.az  BBC-yə istinadən xəbər verir ki, ilanı Malayziyalı memarlar ölkənin Penanq adasında keçən həftə aşkar ediblər. Onun uzunluğu 7,5-8 metr, çəkisi isə 250 kq-dır.


Memarlar pitonu Paya Terubonq şəhərində tikintinin yaxınlığındakı ağacın altında aşkar edərək mülki müdafiə xidmətinə məlumat vermişdilər. Xidmətin əməkdaşları pitonu yaxalayaraq Malayziyanın Vəhşi Təbiət Departamentinə təhvil veriblər.


Lakin bazar günü piton oyuncaq ayını yedikdən sonra təcili əməliyyat keçirib, lakin ölüb.


Qeyd edək ki, "Ginnesin rekordlar kitabı"na düşən "Meduza" ləqəbli dişi torlu pitonun uzunluğu 7,67 metr, çəkisi isə 158,8 kq-dır. O, ABŞ-ın Missuri ştatında saxlanılır.

Sizin Reklam Yeriniz