Əlaqə Arxiv
news Image
2016.04.13
17:15
| A A A
Facebook-da yenilik: itlər də status YAZACAQ

Pedigree şirkəti Saatchi & Saatchi Madrid reklam agentliyi ilə birlikdə Facebook üçün nəzərdə tutulmuş yeni qacet hazırlayıblar. Bu qazet itlərə Facebook-da status yazmağa, video paylaşmağa imkan verir.Movqe.az bildirir ki, "Posting Tail" ("Status yazan quyruq") adlanan qacet itin quyruğuna bərkidilir və hərəkət zamanı işə düşür. İtin kefi kök olanda o, quyruğunu yelləyir. Bu zaman Posting Tail avtomatik olaraq şəkil çəkir, onu qısa cümlə ilə müşayiət edərək Facebook-da paylaşır.Qacetin internetə qoşulması üçün Wi-Fi-a ehtiyac yoxdur. "Posting Tail"da 3G modul olduğundan köpəklər fotolarını istədikləri yerdə Facebook-da paylaşa bilərlər.


Sizin Reklam Yeriniz