Əlaqə Arxiv
news Image
2012.12.05
15:04
| A A A
200 milyon il sonra belə çürümür
Movqe.az xəbər verir ki, qalıqlaşmış zəli qozalarının heyvan ölüsü qalıqlarını 200 milyon il qoruya bildiyi açıqlanıb. "New Scientist" elmi jurnalında nümayiş olunan məqalədə, qozaların, bir çox zəli və soxulcan növünün mukoz yumurta kapsulunda olduğu kimi sərtləşdiyi və bəzən qalıqlaşdığı bildirilib. ABŞ-ın Kanzas Universitetinin Paleobiyoloqu Benjamin Bomfleur və qrupu, Antarktika qitəsinin dağlıq bölgəsində 200 milyon yaşı olan qaya içində qoza qalığı tapıb. Qalıntının nadir rast gəlinən bir növ olduğunu vurğulayan mütəxəssislər, zəli qozalarının kəhrəba kimi təbii bir müdafiə örtüyü ola biləcəyini və içində nadir qalıqlaşmış heyvanlar saxlaya biləcəyini sözlərinə əlavə edib.
Sizin Reklam Yeriniz