Əlaqə Arxiv
news Image
2012.12.05
18:00
| A A A
2,7 milyard il əvvəl dünyada oksigen olmayıb
Movqe.Az bildirir ki, 2 milyard 700 milyon illik qayalardakə qalıq araşdırmaları o dövrdə atmosferdə oksigen olmadığını göstərir. Elm adamları yağış damlalarının izlərindən çox köhnə çağlardakı atmosferin quruluşunu araşdırmağa çalışırlar. 2 milyard 700 milyon il əvvəl atmosferdə oksigen olmayıb, karbon və metan kimi istixana qazları olub. Bu nəticə elm adamlarının 2 milyard 700 milyon illik qayalardakı araşdırmalarındandır. Havanın indiki kimi nəfəs almağa imkan yaratmadığı o dövrlərdə yağış damlalarının qayalar üzərində buraxdığı izlər araşdırılıb. Bu izlərdən damlaların sürətini hesablayan tədqiqatçılar, o dövrdə hava sıxlığının indiki ilə bərabər, hava təzyiqinin indikinin iki qatı ola biləcəyi nəticəsini əldə ediblər. Atmosferdəki oksigen miqdarının 2 milyard 200 milyon il əvvəl artmağa başladığı, oksigenə bağlı yer həyatının da bundan sonra ortaya çıxdığı düşünülür.
Sizin Reklam Yeriniz