Əlaqə Arxiv
news Image
2012.12.05
17:23
| A A A
Bu gen alkoqolizmə yol açır

Movqe.az xəbər verir ki, İngiltərədə edilən araşdırma bir genin spirt istifadəsi ilə əlaqəli ola biləcəyini müəyyən edib. Paytaxt Londonda olan "King 's College London" Universitetinə görə bədənində "RASGRF-2" adlı gen olan kəslər spirtli içkilərin qəbuluna digərlərindən çox öyrəncəlidir. Bu genə sahib olmayan kəslər isə spirtə qarşı daha az istək duyur. Araşdırmaya görə bu gen spirt alınması təqdirdə xoşbəxtlik təmin edən dopamin hormonunun ifraz olunmasını artırır.

Xatırladaq ki, ABŞ-da içki qadağası olan 21 yaşlı 190 min şəxs bir ildə spirtlə bağlı qəzalarla təcili xidmətə müraciət edib. 21 yaşdan aşağı beş min insan isə hər il spirt səbəbiylə yol qəzası, cinayət, intihar, spirt koması və düşmək, yanmaq kimi qəzalar üzündən həlak olur. 

Sizin Reklam Yeriniz