Əlaqə Arxiv
news Image
2012.12.07
16:19
| A A A
Xəbər agentliyi iflas etdi
Movqe.Az bildirir ki, İqtisadi böhran Avropada xəbər agentliklərinə təsir etməyə davam edir. Fransanın məşhur "Sipa" xəbər agentliyinin iflas etdiyi açıqlanıb. Paris ticarət məhkəməsi Avropa və Fransanın ən böyük foto agentliyi "Sipa" press daxilində qurulan xəbər agentliyinin rəsmi olaraq iflas etdiyini bildirib. Keçən aylarda qurulan və "AFP"-dən sonra Fransanın ən böyük xəbər agentliyinə çevrilən "Sipa"nın tərkibində 120 jurnalist işləyirdi. "Sipa"nın iflas etməsində böyük səhmdarı alman xəbər agentliyi "DAPD''-ın oktyabr ayında iflasını bildirməsinin əhəmiyyətli rol oynadığı söylənilir. Xatırladaq ki, "Sipa" press, türk jurnalist Gökşin Sipahioğlu tərəfindən 1973-ci ildə qurulub. Sipahioğlu "Sipa" pressi 2001-ci il tarixində "Sud Communication"a satıb.
Sizin Reklam Yeriniz