Əlaqə Arxiv
news Image
2012.12.10
16:36
| A A A
Şalvarında 16 quş gizlədib
Movqe.Az bildirir ki, Şalvarında quş saxlayaraq oğurluğa əl atan oğruya 20 il həbs cəzası vermək nəzərdə tutulur.

ABŞ-ın Mayami bölgəsindən Alberto Diaz Qonzalez, Kubada şalvarının içində gizlətdiyi quşları Mayamiyə aparmağa çalışarkən tutulub. Amerikalı rəsmilər, Mayami hava limanındakı gömrük işçilərinin Havanadan Mayamiyə qayıdan Qonzalezin üzərində apardğı axtarışlarında şalvarının içinə tikilmiş ciblərdən 16 quş tapdıqlarını bildiriblər. Günahını qəbul edən Qonzalez, "Melopyrrha nigra" (Negritos də Cuba) növündəki quşların Kubadan olduğunu və bunları ABŞ-da satmağı planlaşdırdığını etiraf edib. Qonzalezin fevral ayında məhkəməyə çıxarılacağı və 20 ilə qədər həbs cəzası ala biləcəyi söylənilir.

Sizin Reklam Yeriniz