Əlaqə Arxiv
news Image
2012.12.10
16:55
| A A A
Qış fəsli depressiyaya səbəb olur
Movqe.Az bildirir ki, Qış fəsli insanlara həm fiziki, həm də psixoloji təsir edir. İstəksizlik, narahatlıq, sıxıntı şəklində özünü göstərən və qış depressiyası olaraq adlandırılan klinik hal, ümumiyyətlə, qış aylarında başlayıb yaza qədər ən şiddətli səviyyəyə çatır. Havaların tez qaralması, soyuq havanın təsiri və evdən kənar fəaliyyətlərin azalmasıyla insan daxili aləminə qapanır. Bəs "qış depressiyası"nın əlamətləri nələrdir?  Uzun müddətlik pessimizm, enerji yoxluğu, durğunluq, həddindən artıq yorğunluq hissi, ümidsizlik, istəksizlik, baş ağrısı, ağlama istəyi, özünə diqqət verməmək, fərdi təmizliyinə əhəmiyyət verməmək, dağınıqlıq, yuxusuzluq ya da tam əksinə həddindən artıq yuxu, iştah dəyişiklikləri, şəkərli və nişastalı qidalara tələbat, məktəbə və ya işə getməmək istəyi, fiziki hərəkətlərdə azalma və tənbəllik qış depressiyasının əlamətlərinə daxildir.

Depressiya artıq ailə və iş həyatına ciddi dərəcədə təsir göstərirsə, deməli bir mütəxəssisə müraciət etməyin vaxtı gəlib çatıb. "Qış depressiyası"ndan xilas olmaq üçün ən təsirli üsul günəş işığıdır. Bu səbəblə fürsət tapdıqca açıq havada vaxt keçirə bilərsiniz. Səhərlər yarım saatlıq yürüyüş həm fiziki, həm də psixoloji olaraq sizi rahatlaşdıracaq. Evinizə və ofisinizə mümkün olduqca bol günəş işığı girməsini təmin edin, pərdələrinizi gün çıxan zaman açıq qoyun. Otağınızı havalandırmaq oksigen almağınızı təmin edəcək. Həftədə 3-4 gün məşq edin. Beləliklə, həm özünüzü daha gümrah hiss edəcək, həm də gecə daha rahat yuxuya gedəcəksiniz. Məşq vərdişi narahatlığı azaldar, zehini açar və özünüzü daha yaxşı hiss etmənizə köməkçi olar. Davamlı oturmaq məcburiyyətində olduğunuz bir işdə çalışırsınızsa arada fasilələrlə gəzməyə və hərəkət etməyə çalışın. Özünüzlə baş-başa qaldığınız zamanlarda sıxılıb fərqli düşüncələrə dala bilərsiniz. Bu səbəblə, ictimai fəaliyyətlərinizə laqeyd yanaşmayın, qışda tətilə gedə bilərsiniz. Dostlarınızla bir araya gələrək xoş vaxtlar keçirə bilərsiniz. Kinoya gedə bilər və ya evdə olduğunuz zamanlarda xüsusilə komediya serialları və filmləri izləyə bilərsiniz.

Sizin Reklam Yeriniz