Bu da xakkerlərin yeni üsulu!
Movqe.az xəbər verir ki, xakkerlərin
təhlükəsizlik sistemlərini çökdürmək üçün inkişaf etdirdikləri
üsullardan tez-tez danışırıq, lakin bunu nece etdiklləri mövzusuna
toxunmuruq. Amma şifrənizi qırmaq üçün istifadə etdikləri bu qəribə
cihazdan danışmağa dəyər. Yaxın zamanda həyata keçirilən
təhlükəsizlik konfransı "Passwords ^ 12"ə qatılan tədqiqatçı Jeremi
Qosney xakkerlərin şifrə qırmaq üçün istifadə etdiyi cihazın
fotoşəkillərini təqdim edib.
Bu təchizatı istifadə edərək qısa müddətdə bir çox şifrəyə əks qüvvə hücumu təşkil etmək mümkündür. Daha açıq desək bu, məsələn, 14 işarəli "Windows XP" şifrəsinin altı dəqiqə ərzində qırıla biləcəyi deməkdir.