Əlaqə Arxiv
news Image
2012.12.10
17:30
| A A A
Gülməyin beyinə də faydaları var
Gülmək beyindəki oksigeni artırır, stressdən uzaqlaşdırır. Movqe.Az bildirir ki, Gülməyin həm ruh, həm də bədən sağlamlığı baxımından faydaları saymaqla bitmir. Gündəlik həyatın sıxlığından çox vaxt gülməyi unuduruq. Əslində gülmək, sağlamlığa olduqca faydalıdır. Günəşdə olan serotinini bilirsiniz ki, bizim özümüzü yaxşı hiss etməyimizə köməkçi olur. Eyni təsiri biz də gülməkdən alırıq. Qidalarımıza diqqət etdiyimiz kimi gülməyimizə də diqqət etsək ruh sağlamlığımız üçün çox yaxşı olar. Yeni araşdırmalar göstərir ki, gülüş qrip və soyuqdəymə kimi xəstəliklərə qarşı müdafiə gücümüzü artırır. Gülmək, beyindəki oksigeni artırır, immuniteti gücləndirir, ürəyi qüvvətləndirir və ən əhəmiyyətlisi stressdən uzaqlaşdırır. Araşdırmalar qadınların kişilərdən 26 faiz daha çox güldüyünü məlum edib. Gülmək arıqlamağa da kömək olur. 10 dəqiqə gülmək 10 dəqiqə kürək çəkmək qədər enerji sərf etmək deməkdir. Əslində pəhriz saxlamağınıza heç də ehtiyac qalmır.
Sizin Reklam Yeriniz