Əlaqə Arxiv
news Image
2012.12.11
14:55
| A A A
Hamiləlikdə spirtli içki qəbulu uşağın üz cizgilərini pozur?
Movqe.az xəbər verir ki, hamiləlik dövründə az miqdar da olsa spirt istifadə edən qadın uşağına böyük zərər vermiş olur. Uşağın beynində problem yaranmasına səbəb olan "Dölün alkoqol sindromu"(FAS) həmçinin məhdud böyümə, üz xəttlərinə və mərkəzi sinir sisteminə təsir göstərir. "FAS" müalicə edilə bilməyən bir xəstəlik olsa da, erkən müalicə bunu əhəmiyyətli ölçüdə azalda bilir. Federal Hökumətin narkotiklə mübarizə üzrə nümayəndəsi Meçthild Dikmans, Almaniyada ildə 2-4 min körpənin ana bətnində spirt sindromuna məruz qaldığını bildirib. O, bu sindromun şikəst doğumların ilkin səbəblərindən olduğunu qeyd edib. "FAS"la əlaqədar təlimatları hazırlayan Dr. Mirjam Landqraf, xüsusilə yenidoğulan körpələrin üst dodağının incə olması vəziyyətində bu sindromdan şübhələnildiyini söyləyib. Landqraf, "FAS" sindromuna məruz qalan uşağın yetkinlik dövründə dil və anlama, yaddaşın bir yerə cəmlənməsi problemləri yaşaya bildiyini sözlərinə əlavə edib.
Sizin Reklam Yeriniz