Bu da "BlackBerry 10"!
Movqe.az xəbər verir ki, "BlackBerry 10"un
təqdimatına aısa müddət qalsa da "RIM" bu əməliyyat sistemiylə
gələcək ilk ağıllı telefonu az da olsa tanıdıb. Fotoşəkilə
baxıldığında telefonun toxumalı arxa paneli diqqət çəkir. Bu
halıyla tamamilə sensorlu ekranı olan və internetə aylar əvvəl
sızan "BlackBerry L" cihazına bənzəyir. 30 yanvar tarixində "RİM"in
təşkil etdiyi fəaliyyətdə şirkətin "BlackBerry 10" telefonunu
tanıtması gözlənilir. Bunlardan biri fotoşəkildə görünən
"BlackBerry L" , digəri isə klaviaturası olan və eyni zamanda
sensorlu ekrana sahib bir "BlackBerry" olacaq.