Əlaqə Arxiv
news Image
2012.12.12
15:08
| A A A
Bacadan Şaxta baba yerinə oğru da girə bilər

Movqe.Az bildirir ki, Avropada Milad tətili üçün evindən ayrılan milyonlarla adam sanki oğrulara dəvətnamə göndərir. "Facebook" və "Twitter" kimi sosial şəbəkə saytlarında tətilə gedəcəyi ölkədən nə zaman geri qayıdacağına qədər bir çox məlumatı rahat paylaşan insanlar tətildən döndükləri zaman böyük bir şokla qarşı-qarşıya qala bilərlər. Bir çox sığorta şirkəti dekabr ayında artan oğurluq hadisələrindən şikayət edirlər. Polislər isə vətəndaşların tədbirsiz davranışlarından beziblər. Danimarkada Milad həftəsi oğurluq hadisələri digər zamanlara nisbətən 4 dəfə artıb. Dünən Danimarka hüquq-mühafizə və müxtəlif sığorta şirkətlərinin nümayəndələri görüşərək mövzu ilə əlaqədar ortaq bir məlumat veriblər. Vətəndaşlara tətilə çıxmamışdan əvvəl diqqətli olmaları çağırışında olan səlahiyyətlilər, xüsusilə internetdə paylaşılan məlumatları vurğulayıblar. Oğruların da sosial şəbəkələrinə üzv ola bildiyini söyləyən səlahiyyətlilər, vətəndaşlara həssas məlumatları internetdə paylaşmamaları məsləhətini görüblər. Bundan əlavə, tətilə çıxmazdan əvvəl alınması lazım olan tədbirlərlə bağlı xəbərdarlıq ediblər. Evdə olmayan saatlarda mütləq işıqlardan birinin yandırılması lazım olduğunu, qiymətli əşyaları pəncərələrin qırağına qoymamaq, "Facebook" və "Twitter" kimi sosial şəbəkələrə tətillə bağlı çox şey yazmamaq lazım olduğunu bildiriblər.

Sizin Reklam Yeriniz