Əlaqə Arxiv
news Image
2012.12.12
15:31
| A A A
Dünyanın ətrafından nəhəng meteorit keçir
Movqe.Az bildirir ki, Bəzi insanlar, Maya təqviminə görə dünyanın 21 dekabrda yox olacağı ilə əlaqədar qorxu ilə yaşayan zaman, nəhəng bir asteroid bu gün dünyanın yanından keçəcək. "National Geographic" və "Space" internet saytlarına görə, "4179 Toutatis" adı verilən asteroid, 12 dekabr dünyanın 7 milyon kilometr yaxınından keçib yoluna davam edəcək. Qiyamət iddialarının əksinə təxminən 5 kilometr uzunluğunda və 2,4 kilometr genişliyindəki asteroid keçişinin dünyada hər hansı bir təsirə gətirib çıxarması gözlənilmir. Asteroidin dünyaya ən yaxın olduğu zaman aydan 18 qat daha uzaqda olacaq. Asteroid keçişi bəzi internet saytlarında canlı olaraq nümayiş olunacaq və teleskoplarla da izlənilə bilinəcək. İlk dəfə 1934-ci ildə göstərilən "4179 Toutatis" asteroid, rəsmi olaraq 1989-ci ildə Kristian Pollas tərəfindən təyin olunub. Pollas, asteroidə bir Kelt tanrısının adını verib. Yer fıstığına ya da əyri bir kartofa bənzədilən asteroid, hər dörd ildə bir günəşin ətrafındakı dönüşünü tamamlayır və dünyanın yaxınından keçir. ABŞ-ın Massaçusets əyalətindəki Kosmos Araşdırmaları Mərkəzi, "Toutatis"i potensial olaraq təhlükəli göy cisimləri kateqoriyasına daxil edir, bu da asteroid gələcəkdə planetimiz üçün problem meydana gətirə biləcəyi mənasını verir. Ancaq bu problemin ən az 600 il sonra gündəmdə ola biləcəyi güman edilir. Elm adamları, 1 kilometr uzunluğundakı hər hansı bir göy cisminin dünyaya çarpmasının iqlimlərin dəyişməsi kimi qlobal nəticələrə yol aça biləcəyi xəbərdarlığını edir. 5 kilometr uzunluğundakı "Toutatis"in dünyaya çarpması zamanı böyük bir fəlakətə səbəb olacağı düşünülür.
Sizin Reklam Yeriniz